Ukrayna artilleriyaçiləri Kiyev vilayətinin Kozaroviçi kəndi yaxınlığında rus desantlarının bazasını məhv ediblər.
Manşet.az xəbər verir ki, bu barədə Teleqramda Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
“Bir neçə saat əvvəl Ukrayna artilleriyası desant bazasını məhv edib”, - deyə o yazıb.
Geraşenkonun sözlərinə görə, baza Kozaroviçi kəndi yaxınlığındakı müəssisənin ərazisində yerləşib.