Ukrayna-Rusiya danışıqlarının üçüncü raundunun vaxtı BİLİNDİ

18:55 - 04 Mart 2022

Ukrayna-Rusiya danışıqlarının üçüncü raundunun vaxtı BİLİNDİ

Ukrayna ilə Rusiya arasında danışıqların üçüncü raundu martın 5-i və ya 6-da baş tuta bilər.

Manşet.az xəbər verir ki, bunu bu gün Lvovda keçirdiyi mətbuat konfransında Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Müşavir əlavə edib ki, danışıqlar Belarusda gedir, çünki Rusiya tərəfi hər hansı digər vasitəçilikdən imtina edir.

“Ola bilsin ki, sonradan başqa ölkə də olsun... – Türkiyə və ya Macarıstan, ya da məsələn, Polşa... ona görə ki, Belarus bizim şəhərlərə hücumlar üçün tramplin kimi istifadə olunur”, - o qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az