Zelenskinin qaçması iddiası ilə bağlı Ukraynadan - Açıqlama

19:22 - 04 Mart 2022

Zelenskinin qaçması iddiası ilə bağlı Ukraynadan - Açıqlama

“Rus işğalçıları Xerson vilayətində informasiya müharibəsi aparmağa davam edirlər. Bu dəfə onlar prezident Volodimir Zelenskinin Ukraynanı tərk etməsi ilə bağlı saxtakarlığa əl atıblar. Bu məlumat həqiqətə uyğun deyil”.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Xüsusi Rabitə Xidmətindən məlumat verilib.

"Bu doğru deyil. Prezident Kiyevdədir. O, öz xalqının yanındadır! Bu məlumatı Xerson vilayətindən olan tanışlarınıza, dostlarınıza, qohumlarınıza bütün mümkün vasitələrlə çatdırın", - mesajda deyilir.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında Zelenskinin Polşaya qaçdığını iddia etmişdi.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az