Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Manşet.az xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında paylaşım edib.
“Davamlı dəstəyə görə Türkiyəyə təşəkkür edirik. Rusiya Federasiyası tərəfindən davam edən təcavüz və nüvə terrorizmi barədə məlumat verdim. Biz hərbi əməliyyatların dayandırılmasına nail olmalıyıq”, - o qeyd edib.