NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynadakı müharibəni "Rusiya Prezidenti Vladimir Putinin müharibəsi" kimi qiymətləndirib.
Manşet.az xəbər verir ki, o, bu barədə NATO-nun qərargahında Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün fövqəladə iclasdan sonra mətbuat konfransında deyib.
"Biz Putini bu müharibəni dərhal dayandırmağa, bütün qüvvələrini Ukraynadan qeyd-şərtsiz çıxarmağa və indi real diplomatik səylərə cəhd etməyə çağırırıq", - Stoltenberq bildirib.
O, Ukraynaya qarşı müharibəyə başlayan Putinin Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna xalqının gücünü lazımınca qiymətləndirmədiyini vurğulayıb.