Avropada qazın qiyməti rekordu yenilədi

21:08 - 04 Mart 2022

Avropada qazın qiyməti rekordu yenilədi

Avropa birjalarında qazın qiyməti ardıcıl olaraq üçüncü gündür tarixi rekordu yeniləyərək təxminən 2400 dolara qalxıb.

Manşet.az xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, martın 4-də keçirilən hərracda Niderlanddakı TTF habında min kubmetr qazın aprel fyuçersinin qiyməti 2391,6 dollaradək bahalaşıb.

Mavi yanacağın qiymətində bundan əvvəlki rekord min kubmetr üçün 2279 dollar təşkil etmişdi.

Qazın birja kotirovkalarında kəskin artımı Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər dövlətlərin rusiyalı hüquqi və fiziki şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar fonunda müşahidə olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az