Ukraynadan Macarıstana keçən azərbaycanlıların NƏZƏRİNƏ

21:50 - 04 Mart 2022

Ukraynadan Macarıstana keçən azərbaycanlıların NƏZƏRİNƏ

Ukraynada baş verən son hadisələrlə əlaqədar olaraq həmin ölkədən Macarıstan ərazisinə keçmiş/keçəcək vətəndaşlarımız və onların ailə üzvlərinə müraciət edilib.

Manşet.az xəbər verir ki, bu barədə Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli sosial şəbəkə hesabında paylaşım edib.

“Həmin şəxslərin Azərbaycana tez bir zamanda dönüşü üçün Səfirliyimizin təşəbbüsünə əsasən yerli “WizzAir” aviaşirkəti ilə danışıqlarımız nəticəsində həftədə iki dəfə birbaşa olaraq Budapeşt-Bakı reysi həyata keçiriləcək.

Belə ki, gözlənilən ən yaxın uçuş martın 9-da baş tutacaq”, - o qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az