Avropalılar radiasiya əleyhinə kütləvi şəkildə dərmanlar almağa başlayıblar

22:04 - 04 Mart 2022

Avropalılar radiasiya əleyhinə kütləvi şəkildə dərmanlar almağa başlayıblar

Şərqi Avropa ölkələri Çernobıl AES-in Rusiya hərbçiləri tərəfindən ələ keçirilməsi, eləcə də Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-in atəşə tutulması ilə bağlı xəbərlərdən sonra kütləvi şəkildə apteklərdən kalium yodidi və tərkibində yüksək yod olan digər dərmanlar almağa başlayıblar.

Manşet.az  xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilir ki, ötən həftə Çexiya, Bolqarıstan və Polşa sakinləri radiasiya ilə çirklənmə zamanı şüa xəstəliyinin qarşısını almaq üçün apteklərdən kalium yodid tabletləri alıblar. 

Radioaktiv izotop yod-131 nüvə yanacağının ən təhlükəli parçalanma məhsullarından biridir, çünki o, qalxanabənzər vəzdə yığılmağa meyllidir. Bunun baş verməməsi üçün, radiasiya sızması halında, təsirlənmiş ərazidəki insanlara adi yodun (sabit izotop yod-127) yüksək dozasını qəbul etmək tövsiyə olunur.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az