Ukrayna qəhrəmanı Valeri Çibineyev Qostomel yaxınlığındakı döyüşlərdə həlak olub.
Manşet.az xəbər verir ki, bu barədə Berdyansk Şəhər Şurasının Mətbuat xidməti məlumat yayıb.
34 yaşlı V.Çibineyev 2010-cu ildə leytenant rütbəsi ilə hava desant-hücum briqadasının sıralarına qoşulub. 2016-cı ildə "Ukrayna Qəhrəmanı" ulduzu ilə təltif edilib.
2019-cu ildə onun qardaşı, 79-cu hava desant-hücum briqadasının komandiri Roman Çibineyev də rus hərbçilərinin atəşi nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Qostomeldə ağır döyüşlər davam edir.