Qostomeldə 50 rus hərbçi məhv edilib - Fotolar

23:02 - 04 Mart 2022

Qostomeldə 50 rus hərbçi məhv edilib - Fotolar

Son iki gündə Qostomel şəhərində 50-dən çox rus hərbçi məhv edilib.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, Qostomel uğrunda gedən döyüşdə 31-ci ayrı-ayrı qvardiya briqadasından ən azı 50 hərbçisi məhv edilib.

Həmçinin, qeyd edilib ki, Ukrayna hərbçiləri çoxsaylı silah, hərbi texnika və sənədlər ələ keçirib. Ələ keçirilmiş istifadəyə uyğun silahlar yerli müqavimət qruplarına ötürülüb.

Əlavə edilib ki, məhv edilən hərbçilərdə peyvənd sertifikatları və doldurulmamış tibbi kitabçalar istisna olmaqla, hərbi nişanlar və şəxsiyyətini müəyyən edən sənədlər olmayıb.

Həmçinin, Qostomel şəhərinin Ukrayna qoşunlarının nəzarətində olduğu vurğulanıb.

Xatırladaq ki, Qostomel Kiyevin strateji şəhərətrafı yerlərindən biridir.

 





 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az