“İbadət evləri hədəf yox, sığınacaq olmalıdır.
Bu gün Pakistanın Peşəvar şəhərində cümə namazı zamanı məscidə edilən dəhşətli hücumu pisləyirəm”.
Manset.az xəbər verir ki, bunları BMT Baş katibi Antoniu Quttereş deyib.
“Yaxınlarını itirənlərə başsağlığı verir və Pakistan xalqı ilə həmrəyliyimi bildirirəm”, - BMT rəhbəri əlavə edib.
Qeyd edək ki, Pakistanın şimal-qərbində yerləşən Peşəvar şəhərində dünən baş verən partlayış nəticəsində 30 ibadətçi həlak olub, onlarla insan yaralanıb. Hadisə Peşəvarın Kuça Risaldar məscidində dindarların cümə namazına toplaşdığı vaxt törədilib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Partlayışa görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.