“Rolls-Royce” Rusiyaya avtomobil ixracını dayandırdı

14:35 - 05 Mart 2022

“Rolls-Royce” Rusiyaya avtomobil ixracını dayandırdı

"Rolls-Royce Motor Cars” şirkəti Rusiyaya avtomobil ixracını dayandırıb.

Manşet.az xəbər verir ki, şirkətin sözçüsü bu addımı regiondakı vəziyyətin qeyri-müəyyən olması ilə əlaqələndirib: "Biz mövcud vəziyyəti və işgüzar fəaliyyətimiz üçün mümkün olan sonrakı fəsadları dəyərləndiririk”.

Qeyd edək ki, Böyük Britaniyanın Rusiyaya ixracında əsas pay avtomobillərə düşür. Eyni zamanda, ötən il "Rolls-Royce” luks avtomobillərinin Avropadakı ən böyük satış bazarı məhz Rusiya olub. Belə ki, bu brendin həmin ölkədəki satışları ilk dəfə 300-ü keçib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az