Ukrayna nümayəndə heyətinin üzvü qətlə yetirildi - FOTO

15:49 - 05 Mart 2022

Ukrayna nümayəndə heyətinin üzvü qətlə yetirildi - FOTO

Ukraynanın Rusiya ilə Qomel şəhərində həyata keçirdiyi danışıqlarda ölkənin nümayəndə heyətinin tərkibinə daxil olan Denis Kireyev öldürülüb.

Manşet.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinskiy verib.

“Qomel şəhərində keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyev Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. O, dövlətə xəyanətdə şübhəli bilinib”, - deyə Dubinskiy əlavə edib.

Bununla belə, bu məlumat hələlik rəsmi olaraq təsdiq olunmayıb.

Xatırladaq ki, fevralın 28-i Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Qomel şəhərində danışıqlar keçirilib.


 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az