Pakistanda məsciddə partlayış qurbanlarının sayı ARTDI

17:05 - 05 Mart 2022

Pakistanda məsciddə partlayış qurbanlarının sayı ARTDI

Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. 

Manşet.az xəbər verir ki, terror aktı zamanı yaralanan 5 nəfər xəstəxanada dünyasını dəyişib və bununla da, məsciddə həlak olanların sayı 62-yə çatıb. 

Daha əvvəl bu rəqəm 56 idi. 

Xatırladaq ki, martın 4-ü iki terrorçu məscidə girməyə cəhd edib. Orada onlarla polis əməkdaşları arasında atışma olub. Nəticədə bir polis həlak olub, digəri isə ağır yaralanıb. Terrorçulardan biri məscidə daxil ola bilib və partlayıcı qurğunu işə salıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az