“Bayraktar” haqda mahnı və zəncir çeynəyən ermənilər - VİDEO

18:07 - 05 Mart 2022

“Bayraktar” haqda mahnı və zəncir çeynəyən ermənilər - VİDEO

Ermənilərin nə qədər xəstə düşüncəyə sahib, özündən savayı heç kimi sevməyən eqoist və nanəcib bir toplum olduğuna az qala, hər gün əminlik hasil edirsən. Ukraynada yaşanan insanlıq dramı bu xüsusda növbəti test oldu.

 

“Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyaya qarşı bütün sivil dünya birləşdiyi halda, bu gün Ermənistana hər zamankından daha çox Qərblə bir sırada durmaq lazımdır. Ona görə yox ki, bizim Ukraynaya və ya ukraynalılara yazığımız gəlir. Yox, erməni dövlətlərinə qarşı Azərbaycanın təcavüzünü dəstəkləyən xaxollara zərrəcə yazığımız gəlmir. Onlar bu gün rusların onların başına gətirdiklərinə layiqdirlər”.

Bu ikrah doğuran sitatın müəllifi Tevos Arşakyan ad-soyadlı ikiayaqlı məxluqdur. Armenianperort.com-dakı bugünkü cızma-qarasında belə yazıb.

Bax, erməni faşizmi, erməni qansızlığı və nakişiliyi, erməni allahsızlığı budur! Özünü “ən qədim və ən mədəni” sayan bir millətin nümayəndəsi görün günahsız işanların qətlinə, iztirablarına necə sevinir.

Bu murdar zatın yadına salırıq: Ukraynada öldürülənlər, dağıntılar altda qalan həm də uşaqlardır!

İkinci yandan, 63 uşağın qətlə yetirildiyi (cəmi 613 nəfər) Xocalı soyqırımına görə 30 ildir tükü tərpənməyən, hətta bu vəhşiliyi heyrətamiz həyasızlıqla hələ də bizim adımıza yazmağa çalışan (guya özümüz özümüzü qırmışıq!) bir murdar tayfanın təmsilçisindən hansısa mərhəmət, insanlıq hissi ummaq canavardan vegetarianlıq gözləmək qədər axmaqlıq olardı.

Demək ki, hələ uzun müddət işimizi möhkəm tutmalı, erməni adlı bu yırtıcı, bəşəri hisslərdən məhrum qövmə qarşı ehtiyatımızı heç vaxt əldən verməməliyik. Ta ki, qonşuluqda normal düşüncəli, normal təfəkkürlü bir nəsil, cəmiyyət yetişənədək...

İndi təsəvvür edin, bu günlərdə ukraynalıların “Bayraktar” PUA-lara qoşduqları və hitə çevrilən mahnı erməniləri necə yandırıb-yaxıb. Xatırladaq ki, mahnı haqda rolikdə belə bir qeyd keçir: “Bayraktar” ukraynalı uşaqların, gürcülərin, suriyalıların, çeçenlərin və Krım tatarlarının qisasını alır!”

Sözsüz ki, həm də erməni faşistlərinin qətl etdikləri xocalıların, məsum Xocalı körpələrinin! Çünki Qarabağı ermənilər ruslarla birgə, şərikli işğal eləmişdilər. Xocalı genosidinin Xankəndidəki 366-cı rus alayının birbaşa köməkliyi ilə törədildiyini kim bilmir ki.

Allah gerçəkdən, gec edər, güc edər... //musavat.com


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az