Ukraynanı müdafiə etmək üçün əcnəbi döyüşçülər gəldi - VİDEO

21:13 - 05 Mart 2022

Ukraynanı müdafiə etmək üçün əcnəbi döyüşçülər gəldi - VİDEO

Rusiyaya qarşı Ukrayna üçün döyüşmək istəyən xarici döyüşçülər müxtəlif vasitələrlə bu ölkəyə gəlir.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup əcnəbi döyüşçü Ukrayna-Polşa sərhədindəki Medıka Sərhəd Qapısından keçərkən görüntülənib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün xalqa müraciətində ölkəsinə kömək üçün 16 min əcnəbi könüllü döyüşçünün gələcəyini və ilk karvanın gəlmək üzrə olduğunu bildirmişdi.

Xatırladaq ki, fevralın 27-də Zelenski bütün dünyanı və Ukraynanın dostlarını Ukraynanı və Avropanı Rusiyanın hücumundan müdafiə etməyə çağırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az