Rusiyadan xaricə ayda 5 min dollardan artıq pul köçürmək MÜMKÜN OLMAYACAQ

12:34 - 06 Mart 2022

Rusiyadan xaricə ayda 5 min dollardan artıq pul köçürmək MÜMKÜN OLMAYACAQ

Rusiya Mərkəzi Bankı rezident fiziki şəxslərin Rusiya Federasiyasının digər rezidentlərinə, habelə qeyri-rezident fiziki şəxslərə, o cümlədən qohumlarına xaricə vəsait köçürməsinə ayda 5 000 ABŞ dolları məbləğində limit tətbiq edib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, Mərkəzi Bank valyuta bazarında volatilliyin artması ilə əlaqədar müvəkkil banklara müvafiq göstəriş verib.

Məbləğ köçürmə tapşırığının verildiyi tarixə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş xarici valyutaların rubla qarşı rəsmi məzənnələrindən və ya təqvim ayı ərzində başqa xarici valyutada ekvivalentindən istifadə edilməklə müəyyən edilir.

Qeyd olunur ki, məhdudiyyətlərə bank hesabı açmadan köçürmələr və ya rezident fiziki şəxslərin hesablarından köçürmələr daxildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az