Rusiya Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsinə yardım göstərməyə hazırdır

16:36 - 06 Mart 2022

Rusiya Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsinə yardım göstərməyə hazırdır

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığında lidelər, iki ölkənin diplomatik və hərbi idarələri arasında əlaqələrin davam etdirilməsinin vacibliyi bəyan ediblər.

 

Bu barədə Manset.az Kremlin rəsmi saytına istinadən xəbər verir.

Vladimir Putin Rusiya tərəfinin Türkiyə vətəndaşlarının Ukraynadakı döyüş bölgələrindən təhlükəsiz təxliyəsi üçün bütün lazımi yardımı göstərməyə hazır olduğunu təsdiqləyib.

Prezidentlər müxtəlif səviyyələrdə sıx təmasların davam etdirilməsi barədə razılığa gəliblər


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az