Xarkovdakı fəxri konsulluğumuzun binası hava zərbələrindən sonra - VİDEO

10:44 - 07 Mart 2022

Xarkovdakı fəxri konsulluğumuzun binası hava zərbələrindən sonra - VİDEO

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası hava hücumuna məruz qalıb.

 

Manset.az xəbər verir ki, hadisədən sonra çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.

Mənbə yazır ki, axşam saatlarında baş verən hadisə zamanı binaya ciddi ziyan dəyib, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yararsız vəziyyətə düşüb.

Hava zərbəsi endirilən zaman binada konsulluğun əməkdaşları sığınacaqlarda olduğundan insan tələfatı qeydə alınmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az