Dünyanın ən böyük audit şirkətləri də Rusiyanı tərk etdi

15:22 - 07 Mart 2022

Dünyanın ən böyük audit şirkətləri də Rusiyanı tərk etdi

Dünyanın ən böyük audiotor şirkətlərindən “PwC” (PricewaterhouseCoopers) və “KPMG” Rusiya və Belarusdakı müəssisələri ilə əməkdaşlığı kəsir.

 

Manset.az xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Adı çəkilən firmalar auditor şirkətlərinin ilk “Böyük dördlüyü”nə daxildir.

Hazırda qalan iksinə, “Deloitte” və “Ernst & Young” şirkətlərinə də eyni addım atmaları yolunda böyük təzyiqlər göstərilir.

“PwC” 3700 əməkdaşının çalışdığı Rusiyadakı 11 filialını, habelə Belarusdakı ofislə əlaqəni kəsib. Həmin filiallar bundan sonra müstəqil qurum olaraq fəaliyyət göstəməli olacaq. “KPMG” Rusiya və Belarusda 4500 əməkdaşla vidalaşmağın olduqca çətin, lakin məcburi tədbir olduğunu bəyan edib. Şirkət əsas günahın Rusiya dövlətində olduğunu bildirib.

Adı şəkilən firmalardan başqa “Accenture”, “McKinsey”, “Boston Consulting Group” və “Bain&Company” kimi iri şirkətlər də Rusiya ilə bütün bağlantılarını qoparıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az