Rusiya ona dost olmayan ölkələrin siyahısını TƏSDİQLƏDİ

16:10 - 07 Mart 2022

Rusiya ona dost olmayan ölkələrin siyahısını TƏSDİQLƏDİ

Rusiya hökuməti Rusiya Federasiyasına qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiq edib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Siyahıya Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya, o cümlədən Cersi, Angilya, Britaniya Virciniyası adaları, Cəbəllütariq, Avropa İttifaqına üzv dövlətlər, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, San Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya daxildir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az