Xarkov vilayətində mülki əhalinin bombalanması əmrini Rusiya Federasiyasının general-mayoru Oleq Makovetski verir.
Manset.az UNİAN-a istinadla xəbər verir ki, bu generalın məhz Çuguevdə (Xarkov vilayəti) anadan olduğu aşkarlanıb.
Bunu məhbuslardan biri - Voronej dislokasiyasının 47-ci aviasiya qrupunun alayının komandirinin müavini, polkovnik-leytenant Geştok Maksim Sergeyeviç deyib.
Məhkumun sözlərinə görə, Ukraynanın dinc şəhərlərinin bombalanması əmrini rusiyalı general-mayor Oleq Makovetski verib.
General-mayor Oleq Makovetski 1966-cı ildə Çuqevdə anadan olub. Rusiya komandanlığı Makovetskini Suriya şəhərlərinin bombalanmasına görə təltif edib.