Ukrayna Nikolayev aeroportunu GERİ QAYTARDI

18:21 - 07 Mart 2022

Ukrayna Nikolayev aeroportunu GERİ QAYTARDI

Ukrayna hərbçiləri Nikolayev vilayətinin hava limanını geri qaytarıb.

Manşet.az xəbər verir ki, bu barədə vilayət dövlət administrasiyasının rəhbəri Vitali Kim məlumat yayıb.

"Beynəlxalq hava limanı bizdədir", - Kim yazıb.

Qeyd edək ki, rus hərbçiləri bu gün səhər saatlarında “SMERÇ” reaktiv yaylım atəşi sistemlərindən Nikolayevi atəşə tutublar. Nəticədə yaşayış sektorunda və sənaye obyektlərində 5 yanğın hadisəsi baş verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az