“Zelenski Kiyevi tərk etməyəcək” - Podolyak

18:27 - 07 Mart 2022

“Zelenski Kiyevi tərk etməyəcək” - Podolyak

“Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevi tərk etməyə hazırlaşmır”.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak danışıb.

“Zelenski Kiyevi tərk etməyəcək. O qorxmur. O hesab edir ki, ölkənin daxilində, qəlbində olmalıdır”, - deyə M.Podolyak bildirib.

O, həmçinin Volodimir Zelenskiyə qarşı hazırlanmış sui-qəsdlər barədə də danışıb. Bildirib ki, prezident əks-kəşfiyyatı mütəmadi olaraq vəziyyətə nəzarət edir.

M.Podolyakın sözlərinə görə, V.Zelenskiyə qarşı sui-qəsdlərin sayı iddia olunduğu kimi iki yox, daha çox olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az