Rusiya-Ukrayna danışıqlarının daha bir raundu keçiriləcək

23:27 - 07 Mart 2022

Rusiya-Ukrayna danışıqlarının daha bir raundu keçiriləcək

Yaxın vaxtlarda Belarus ərazisində Rusiya-Ukrayna danışıqlarının dördüncü raundu keçiriləcək.

Manşet.az xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə danışıqların üçüncü raundu başa çatdıqdan sonra Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.

"Bu gün nəyinsə imzalanacağını güman etmək sadəlövhlük olardı, bunlar həcmli materiallardır. Təbii ki, bu sənədlər üzərində iş çox yaxın vaxtlarda davam etdiriləcək. Beləliklə, növbəti, dördüncü raund Belarus ərazisində keçiriləcək", - Slutski bildirib. O, əlavə edib ki, dəqiq tarix deyə bilməsə də, yeni görüşün vaxtı yaxın vaxtlarda müəyyənləşəcək".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az