Ukrayna əsir götürdüyü rus hərbçilərin sayını AÇIQLADI

23:54 - 07 Mart 2022

Ukrayna əsir götürdüyü rus hərbçilərin sayını AÇIQLADI

Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko 2022-ci il fevralın 24-dən Ukraynada iki minə yaxın rus əsgərinin əsir götürüldüyünü bildirib. 

Manşet.az xəbər verir ki, bu barədə o, rəsmi”NV” nəşrinə açıqlamasında deyib. 

“Komandirləri tərəfindən aldadılan rus əsgərləri əsir götürülüb. Onlara Ukrayna ilə döyüşəcəkləri barədə heç nə deməyiblər. Onlar hətta müstəqil ölkənin ərazisini işğal etdiklərini belə başa düşməyiblər”, - Geraşenko bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az