Tanınmış ukraynalı jurnalist döyüşlər zamanı həlak oldu

08:07 - 08 Mart 2022

Tanınmış ukraynalı jurnalist döyüşlər zamanı həlak oldu

Tanınmış ukraynalı hərbi jurnalist Viktor Dudar Nikolayev yaxınlığında döyüşdə həlak olub.

Manset.az  bu barədə UNİAN-a istinadən xəbər verir.

Dudar genişmiqyaslı müharibənin elə ilk günündə Silahlı Qüvvələrin tərkibində Ukraynanı müdafiə etmək üçün hərbi komissarlığa gedib. O, 2014-2015-ci illərdə ölkənin şərqindəki müharibədə iştirak edib.

Daha sonra ehtiyatda olan hərbi qulluqçu kimi yerli “Ekspress” qəzetində çalışıb, son günə kimi burada hərbi xəbərlər və araşdırma jurnalistikası ilə məşğul olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az