“Hamımız yerimizdəyik, mən Kiyevdə qalıram” - Zelenski

08:43 - 08 Mart 2022

“Hamımız yerimizdəyik, mən Kiyevdə qalıram” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski qərargahında video çəkib və onun Kiyevdə qaldığını vurğulayıb.

Manset.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə onun videomüraciətində deyilir.

"Budur, Kiyev axşamı, Ofisimiz. Bazar ertəsi, axşam...Bu gün mübarizəmizin, müdafiəmizin 12-ci axşamıdır. Hamımız yerimizdəyik, hamı işləyir. Hər kəs lazım olan yerdədir. Mən də Kiyevdəyəm, komandam mənimlədir”, - Prezident qeyd edib.

O əlavə edib ki, Kiyevdə qalır.

"Mən burada qalıram, Kiyevdə qalıram. Bankovada. Gizlənmədən. Həm də heç kimdən qorxmuram. Nə qədər ki, Vətən Müharibəmizdə qalib gəlmək lazımdır", - Zelenski deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az