Sanksiya növbəsi Rusiya neftinə çatdı - Daha bir iqtisadi zərbə

09:43 - 08 Mart 2022

Sanksiya növbəsi Rusiya neftinə çatdı - Daha bir iqtisadi zərbə

Yaponiya Rusiya Federasiyasının Ukraynada keçirdiyi hərbi əməliyyatları ilə əlaqədar neft emalı avadanlığının Rusiyaya ixracına qadağa qoyub.

 

Manset.az xəbər verir ki, qərar hökumət səviyyəsində elan olunub.  

Oxşar addım Avstraliya tərəfindən də atılıb.

Belə ki, Avstraliyanın neft emalı şirkəti “Ampol” Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiya şirkətlərindən xam neft almaqdan imtina etdiyini açıqlayıb.

Qeyd edək ki, dünyanın bir sıra ölkələri Rusiyadakı fəaliyyətini dondurub və ya investisiyalarını bu ölkədən çıxarıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az