Aİ Rusiyaya qarşı yeni sanksiyalara HAZIRLAŞIR

11:07 - 08 Mart 2022

Aİ Rusiyaya qarşı yeni sanksiyalara HAZIRLAŞIR

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

 

Manset.az xəbər verir ki, məlumatı "Blumberq" yayıb.

“Avropa dövlətləri Rusiyaya qarşı hərbi sahədə istifadə olunan texnologiyalara əlavə məhdudiyyətləri özündə əks etdirən yeni sanksiyalar paketi hazırlamağa yaxındırlar. Yeni sanksiyaların bəziləri bu gün - martın 8-də tətbiq oluna bilər”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyen İtaliyanın baş naziri Mario Draqi ilə yeni sanksiyalar paketini müzakirə edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az