BMT ekspertləri Moskvada humanitar dəhlizləri müzakirə edəcək

11:43 - 08 Mart 2022

BMT ekspertləri Moskvada humanitar dəhlizləri müzakirə edəcək

BMT Rusiyanın Müdafiə Nazirliyi ilə Ukraynada dinc əhalinin çıxması və humanitar yardımın çatdırılması üçün humanitar dəhlizləri müzakirə etmək üçün Rusiyaya ekspertlər göndərib.

 

Manset.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib.

Qeyd olunub ki, ekspertlər Rusiya hərbçiləri ilə birlikdə BMT-nin humanitar əməliyyatlarını genişləndirmək məqsədilə mülki şəxslərlə hərbçilər arasında koordinasiyanı yaxşılaşdırmaq üçün çalışacaqlar


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az