Zelenskidən NATO ilə bağlı AÇIQLAMA

13:42 - 08 Mart 2022

Zelenskidən NATO ilə bağlı AÇIQLAMA

“NATO ilə bağlı, NATO-nun Ukraynanı qəbul etməyə hazır olmadığını başa düşdükdən sonra mən bu məsələyə marağımı itirdim. Alyans ziddiyyətli şeylərdən və Rusiya ilə qarşıdurmadan qorxur”, - deyə Ukrayna prezidenti bildirib.

 

Manset.az xəbər verir ki, bundan başqa, Zelenski deyib ki, Putin Ukraynada başlatdığı müharibəni bitirə bilər.

"Putin informasiya köpüyü içindədir, o, özü başladığı müharibəni bitirə bilər", - Ukrayna prezidenti bildirib.

Zelenski həmçinin əlavə edib ki, onu seçən insanlar təslim olmağa və ultimatumlara hazır deyil.

Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl vurğulamışdı ki, Ukrayna ukraynalılara sülhə necə gələcəyimizi izah edənə qədər Rusiya ilə danışıqlarda israrlı olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az