Çavuşoğlu İsrailə gedəcək

21:44 - 09 Mart 2022

Çavuşoğlu İsrailə gedəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprel ayında İsrailə səfər edəcək.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyədə rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoq ilə Prezident Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransında bildirilib.

“Xarici işlər nazirimizin Fələstinə və İsrailə səfərinə, ardınca enerji və təbii sərvətlər nazirimizin İsrailə səfərinə böyük əhəmiyyət verirəm”, - deyə Ərdoğan qeyd edib.

Liderlər ortaq hədəflərinin ölkələri arasında siyasi dialoqun yenidən canlanması olduğunu vurğulayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az