ABŞ-ın vitse-prezidenti Kamala Harris MiQ 29-larla bağlı münaqişənin kölgəsində Polşaya səfər edib.
Manset.az xəbər verir ki, Ukraynanın döyüş təyyarəsi tələbi ilə gündəmə gələn Rusiya istehsalı olan MiQ-29 döyüş təyyarələri məsələsi Polşa ilə ABŞ-ı üz-üzə qoyub.
Varşavanın təyyarələri ABŞ-ın Almaniyadakı bazasına çatdırmaq təklifi Ağ Ev tərəfindən qəbul edilməyib. Məsələnin həssaslığına görə NATO daxilində də müzakirələr davam edir.
Amerikalı rəsmilər Harrisin səfəri zamanı bu məsələnin mütləq müzakirəyə çıxarılacağını bildiriblər.
ABŞ Hərbi Hava Qüvvələri və Müdafiə Nazirliyinin rəsmiləri Polşa MiQ-larının Ukraynaya təhvil verilməsi variantlarını və mümkün cavabları nəzərdən keçirir.
İngiltərə mətbuatına açıqlama verən Pentaqon səlahiyyətliləri, sözügedən təyyarələrin ianə olaraq qəbul edilməsi üçün ən yaxşı qərarı Ağ Evin verə biləcəyini bildirib.