Qaçırılan ukraynalı deputat Leyla İbrahimova azad edildi - FOTO (yeniləndi)

16:05 - 10 Mart 2022

Qaçırılan ukraynalı deputat Leyla İbrahimova azad edildi - FOTO (yeniləndi)

Rusiya hərbçiləri martın 10-da səhər saatlarında qaçırılan Ukraynanın Zaporojye vilayət şurasının deputatı Leyla İbrahimovanı azad ediblər.

 

Mnaset.az xəbər verir ki, bu barədə Ukraynanın sabiq prezidenti Petro Poroşenko xəbər verib:

“Leyla Melitopolda müqavimətin simvoludur. Məhz bu cəsarətli qadın hər gün insanları toplayaraq ukraynayönümlü mitinqlərə çıxanlar arasında idi. Onlar Rusiya əsgərlərinə göstərdilər ki, Melitopol Ukraynanındır”.

“Leyla artıq evindədir, lakin onunla əlaqə yoxdur”, - deyə o əlavə edib.

 

13.10

Ukraynanın Zaporojye vilayət şurasının deputatı Leyla İbrahimova evindən qaçırılaraq, naməlum istiqamətə aparılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Krım Tatar Milli Məclisinin deputatı Eskender Bariyev bildirib.

“Bu gün Melitopolda səhər saat 6-da Rusiya ordusuna məxsus hərbi geyimdə olan silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol şəhər diyarşünaslıq muzeyinin direktoru Leyla İbrahimovanın evinə girərək axtarış aparıblar, telefonlarını müsadirə ediblər. Leyla İbrahimovanın özü naməlum istiqamətdə aparılıb”, - deyə deputat bildirib.

L.İbrahimovanın qohumları və partiyadaşları məlumatı təsdiqləyiblər.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az