TIR və yük maşınlarının İstanbula girişinə qadağa qoyuldu

13:27 - 10 Mart 2022

TIR və yük maşınlarının İstanbula girişinə qadağa qoyuldu

Türkiyənin İstanbul şəhərinə güclü qar yağmağa başlayıb.

 

Manset.az xəbər verir ki, İstanbul valisi Əli Yerlikaya güclü qarla əlaqədar şəhərə TIR və yük maşınlarının girişinə qadağa qoyulduğunu bildirib.

“İkinci xəbərdarlığa qədər Trakya və Anadolu istiqamətlərindən İstanbula gələn TIR və yük maşınlarının girişinə martın 10-u saat 04:00-dan icazə verilmir”, - deyə o “Twitter” hesabında yazıb.

Xatırladaq ki, dünən İstanbul sakinlərinə hava şəraiti ilə əlaqədar tədbirli davranmaları barədə xəbərdarlıq edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az