Britaniya hökuməti 7 rus oliqarxının ölkədəki aktivlərinin dondurulması və onların səyahətlərinin qadağan edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.
Manset.az xəbər verir ki, sanksiya siyahısında İngiltərənin “Çelsi” futbol komandası ilə yanaşı, “Evraz” və “Norisk Nikel” şirkətlərinin sahibi olan rusiyalı oliqarx Roman Abramoviçin adı yer alıb.
Hökumətin verdiyi açıqlamada sanksiyaların tətbiq ediləcəyi digər oliqarxlar arasında En Group-un səhmdarı Oleq Deripaska, Rosnef-in baş icraçı direktoru İqor Seçin, VTB Bankın sədri Andrey Kostin, Qazprom-un baş icraçı direktoru Aleksey Miller, enerji boru kəməri sahəsində çalışan, Rusiyanın “Transneft” şirkətinin sədri Nikolay Tokarev və Bank Rossiya Direktorlar Şurasının sədri Dmitri Lebedev də var.
Bəyanatda qeyd olunub ki, 7 oliqarxın bütün aktivlərinin dondurulması ilə yanaşı, hər hansı bir Britaniya şirkəti və vətəndaşı tərəfindən onlara Böyük Britaniyaya səfər etmək və onlar ilə iş görmək qadağan edilib.