Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərinin birində hərbi qulluqçunun cəsədi aşkar olunub.
Manset.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, 2002-ci il təvəllüdlü əsgər Albert Siroyan güllə yarasından ölüb. Hazırda hadisənin detalları araşdırılır.