Sosial media qadağalarına qarşı etirazlar - Ölənlərin sayı 19-a çatdı

12:11 - 09 Sentyabr 2025

Sosial media qadağalarına qarşı etirazlar - Ölənlərin sayı 19-a çatdı

Nepalın paytaxtı Katmanduda sosial media qadağalarına qarşı keçirilən etirazlarda ölənlərin sayı 19-a yüksəlib, 100-dən çox insan yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hökumət, gərginliyin artması fonunda sosial media qadağasını geri götürüb və platformalara giriş bərpa edilib. Baş nazir Şarma Oli, həlak olanların ailələrinə təzminat ödəniləcəyini, yaralananlara isə pulsuz müalicə veriləcəyini açıqlayıb.

Nepalın daxili işlər naziri Ramesh Lekhak, baş verən faciəyə görə istefa verdiyini açıqlayıb. Onun istefası ilə bağlı ictimaiyyət və siyasi partiyalardan çağırışlar olub.

Ötən həftə 26 sosial media platforması qeydiyyat etmədiyi üçün bloklanıb. Hökumət, sosial medianın ölkə qanunlarına uyğunlaşdırılmasını iddia etsə də, bu addım geniş etirazlara səbəb olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az