Rusiyada rubl ucuzlaşmağa davam edir

21:38 - 09 Sentyabr 2025

Rusiyada rubl ucuzlaşmağa davam edir

Rusiya Mərkəzi Bankı sentyabrın 10-na ABŞ dollarının rəsmi məzənnəsini 83,2425 rubl, avronun məzənnəsini 98,0336 rubl səviyyəsində müəyyənləşdirib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bununla da dolların məzənnəsi son beş ayda ilk dəfə 83 rublu ötüb, sonuncu dəfə bu, aprelin 14-də baş verib.

Avronun məzənnəsi isə fevralın 13-dən bəri ilk dəfə olaraq 98 rubldan yuxarı qalxıb.

Xatırladaq ki, sentyabrın 9-da Rusiyada avronun məzənnəsi 2025-ci il martın 9-dan bəri ilk dəfə 97 rublu ötmüşdü. Dolların məzənnəsi 1,74% artaraq, 82,7019 rubl təşkil etmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az