Azərbaycan millisi Ukrayna ilə bərabərə qaldı - YENİLƏNİB

21:59 - 09 Sentyabr 2025

Azərbaycan millisi Ukrayna ilə bərabərə qaldı - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə üz-üzə gəlib.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

51-ci dəqiqədə Georgi Sudakov fərqlənməklə qonaqları hesabda irəli çıxarıb. Yığmamız məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola bilib. Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib. Yarımmüdafiəçi rəqib torunu silkələməklə tarixi rekorda imza atıb.

O, millinin heyətində 15-ci dəfə fərqlənməklə ən məhsuldar futbolçu kimi Qurban Qurbanovun 14 qolluq rekordunu yeniləyib.

Qeyd edək ki, Azərbaycan yığması D qrupundakı ilk matçda səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.

***

21:31

Azərbaycan milli komandası oyunda hesabı bərabərləşdirib.


Manset.az xəbər verir ki, ikinci hissənin 72-ci dəqiqəsində millimizin üzvü Emin Mahmudov penaltidən dəqiq zərbə endirib - 1:1.

***

21:14

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda hesab açılıb.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən qarşılaşmada qonaqlar ilk qolu vurublar.

51-ci dəqiqədə Georgiy Sudakov adını tabloya yazdırıb.

***

21:06

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan - Ukrayna oyununda ikinci hissə başlayıb.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə hələlik hesab açılmayıb.

Qeyd edək ki, qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.

***

20:51

Matçda ilk hissə başa çatıb.


Manset.az xəbər verir ki, gərgin keçən birinci hissədə bir neçə qol epizodu olsa da, komandalar fərqlənə bilməyiblər - 0:0.

***

20:01

Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin ikinci turu çərçivəsində doğma meydanda Ukrayna seçməsi ilə üz-üzə gəlir.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun başlayıb.


***

19:14

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün Bakıda üz-üzə gələcək Azərbaycan və Ukrayna yığmalarının start heyətləri açıqlanıb.


Manset.az xəbər verir ki, komandalar saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov, 15. Abdula Xaybulayev, 10. Mahir Emreli, 19. Nəriman Axundzadə, 9. Renat Dadaşov.

Baş məşqçi əvəzi: Ayxan Abbasov.

Ukrayna: 12. Anatoli Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnı, 17. Aleksandr Zinçenko, 22. Mikola Matvienko, 6. İvan Kalyujnı, 7. Vladislav Vanat, 8. Georgi Sudakov, 14. Oleq Oçeretko, 19. Artyom Bondarenko, 20. Aleksandr Zubkov.

Baş məşqçi: Sergey Rebrov.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az