“Turkish Airlines” Sankt-Peterburqdan Antalyaya uçuşlara başlayacaq

20:30 - 22 Mart 2022

“Turkish Airlines” Sankt-Peterburqdan Antalyaya uçuşlara başlayacaq

“Turkish Airlines” aprelin 1-dən Sankt-Peterburqdan Antalyaya uçuşlara başlayacaq.

Manset.az xəbər verir ki, “Pulkovo” hava limanından Antalyaya baş tutacaq uçuşlar hər gün həyata keçiriləcək.

Aviareyslərdə 156 yerlik Airbus A-320 təyyarəsindən istifadə ediləcək. “Pulkovo” hava limanı Rusiyada sərnişin axınına görə dördüncü yerdədir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az