Qurban Qurbanov 2 milyon manatdan niyə imtina edib? - VİDEO

10:15 - 11 Sentyabr 2025

Qurban Qurbanov 2 milyon manatdan niyə imtina edib? - VİDEO

Qurban Qurbanov, Azərbaycan milli komandasını çalışdırarkən, böyük məbləğdə pul vəsaitindən imtina edib.


Manset.az-ın məlumatına görə, bunu tanınmış futbol şərhçisi Emin Abbasov açıqlayıb. Onun sözlərinə görə, Qurbanov istefaya göndərildiyi vaxt Elxan Məmmədov təzminatın ödənilməsinə razılıq verib:

“Qurban Qurbanov millidən istefaya göndəriləndə, 2 milyon manat təzminat almalı idi. AFFA-nın baş katibi Elxan Məmmədov isə onu yola salmaq üçün hər şeyə hazır idi. Qaça-qaça gəlmişdi ki, 2 milyon manat təzminatımız var, imzanı atın, götürün, gedin”.

Emin Abbasov bildirib ki, Qurbanov bu məbləği qəbul etməyib:

“Onda Qurban Qurbanov bir azərbaycanlı kimi dedi ki, bu 2 milyon başqa istiqamətlərə lazım ola bilər. Mən istəmirəm. Bir şey ki, işləməmişəm, mənlik deyil. Götürməyib o pulu”.


Manşet.az





Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az