Ramanada “Z” işarələri peyda oldu - FOTO

12:38 - 24 Mart 2022

Ramanada “Z” işarələri peyda oldu - FOTO

Bakının Ramana qəsəbəsində son günlər heç də birmənalı qarşılanmayan “Z” işarəsi peyda olub.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, fotolarda divarlarda və yük maşınlarının üzərində qırmızı rəngli işarələr olduğu görünür. 

Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlandığını elan edib. Bundan sonra Rusiya hərbi bölmələrinin texnikalarının üzərində “V” və  “Z” işarələri qeyd olunub. Rusiya Müdafiə Nazirliyi bu işarələri “Z” - “Qələbə uğrunda” (“Za pobedu”) və “V” - “Güc həqiqətdədir”, həmçinin "Vəzifə yerinə yetiriləcək” kimi təfsir edib. 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az