Kiyevdə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirildi

14:14 - 24 Mart 2022

Kiyevdə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirildi

Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, son 3 sutka ərzində paytaxtda 150-dən çox diversant məhv olunub.

Daha 50 təxribatçı isə aşkar edilərək saxlanılıb. Məlumata görə, onlar daha çox şəhəri artileriya zərbələrinə məruz qoymağa çalışır, blok-postlara hücum təşkil edirlər.

Qeyd edək ki, Kiyevdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlara görə mütəmadi şəkildə gücləndirilmiş komendant saatları da elan olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az