Kremldən Şoyqunun az görünməsi ilə bağlı - AÇIQLAMA

14:47 - 24 Mart 2022

Kremldən Şoyqunun az görünməsi ilə bağlı - AÇIQLAMA

“Müdafiə naziri Sergey Şoyqunun Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə bağlı çoxlu narahatlığı olduğundan hazırda media fəaliyyətinə vaxtı yoxdur”.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Müdafiə nazirinin indi çox narahatlığı var. Xüsusi hərbi əməliyyat gedir. Təbii ki, indi medianın fəaliyyəti üçün o qədər də vaxtı yoxdu, bu, tamamilə başa düşüləndir", - o, Şoyqu ilə bağlı danışarkən deyib.

Şoyqunun səhhətində problemlərin olub-olmaması ilə bağlı iddalara cavab verən Peskov deyib: “Agentlik nəşrini dinləməyə ehtiyac yoxdur, Müdafiə Nazirliyi ilə əlaqə saxlayın”.

Qeyd edək ki, martın 23-də rusiyalı araşdırmaçı jurnalistlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun informasiya məkanından yoxa çıxmasına diqqət çəkib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az