Avstraliya hökuməti Belarus prezidenti Aleksandr Lukaşenko və onun ailə üzvlərini Rusiyaya dəstək verdiyi üçün sanksiya siyahısına daxil etdiyini açıqlayıb.
Manset.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin rəsmi internet saytında yazılı açıqlama verən Avstraliyanın xarici işlər naziri Maris Peyn Lukaşenko və ailə üzvlərini siyahıya əlavə etməklə Rusiya tərəfinə tətbiq edilən sanksiyaları genişləndirdiklərini bildirib.
Avstraliya hökumətinin Rusiya lehinə təbliğat aparan daha 22 nəfəri də siyahıya aldığını ifadə edən Peyn, “Rusiyanın demokratik qonşusunu qanunsuz və səbəbsiz işğalına dəstək verənlərin yüksək bədəl ödəməsini təmin etmək üçün səylərimizi davam etdiririk” deyib.