Zelenski 4 yaşayış məntəqəsini “qəhrəman şəhər” adlandırdı

11:04 - 25 Mart 2022

Zelenski 4 yaşayış məntəqəsini “qəhrəman şəhər” adlandırdı

Ukraynanın daha 4 yaşayış məntəqəsinə “qəhrəman şəhər” fəxri adı verilib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb.

Fərmana əsasən, “qəhrəman şəhər” fəxri adı Kiyev vilayətinin Buça, İrpen şəhərləri, həmçinin Nikolayev vilayətinin eyniadlı şəhəri və Sum vilayətinin Axtırka şəhərlərinə verilib.

Qeyd edək ki, daha öncə V.Zelenski Xarkov, Çerniqov, Mariupol, Qostomel, Volnovaxa və Xersona da “qəhrəman şəhər” fəxri adını verib


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az