Çeçenistan lideri Ramazan Kadırov şiddətli toqquşmaların baş verdiyi Mariupolda 14 yaşlı oğlu Adəmi ruslar üçün döyüşməyə göndərib.
Manset.az xəbər verir ki, 12 övladından biri olan 14 yaşlı oğlu Adəmi şiddətli qarşıdurmaların baş verdiyi Mariupolda döyüşə göndərən Kadırov, oğlunun uğurları və yoldaşlarının ehtiyaclarını birbaşa öyrənməsini istədiyini bəyan edib.
Çeçenistan lideri Adəmdən başqa daha bir neçə ailə üzvünü də Mariupoldakı döyüş bölgəsinə göndərib.
Onların bəziləri nazir olub.
“Çox yaxında biz Mariupoldakı missiyamızı başa vuracağıq və Rusiya Federasiyasının prezidentinə Kiyevi almağa hazır olduğumuzu bildirəcəyik” – Kadırov bildirib.