Ukraynalılar müharibə nəticəsində dağılan evlərə görə təzminat alacaqlar

17:44 - 30 Mart 2022

Ukraynalılar müharibə nəticəsində dağılan evlərə görə təzminat alacaqlar

Ukraynalılar müharibə nəticəsində dağılan evlərə görə təzminat alacaqlar.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, dövlət ukraynalılara daşınmaz əmlaka görə kompensasiya ödəyəcək.

Bunun üçün ukraynalılar “Dii” tətbiqində ərizə yazmalıdırlar.

“Bu gündən etibarən “Dii”nin yeni funksionallığı işə salınacaq. Dövlət döyüş fəaliyyətləri nəticəsində ev və ya mənzil itkisinə görə təzminat ödəyəcək. Artıq vətəndaşlarımızın hər biri “Dii”yə müraciət edə bilər”, - deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, bir həftədən sonra belə bir kompensasiya imkanı inzibati xidmətlərin göstərilməsi mərkəzlərində oflayn olaraq görüləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az